news-details

ABŞ Prezidentinin yeni koronovirusla bağlı bəyanatından sonra Tokioda indekslər kəskin enib

Hibya TFB-nin saytına istinadla xəbər verir ki, martın 12-də səhər sessiyasının sonuna yaxın Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərini özündə birləşdirən “Nikkei” indeksi bir gün əvvəlki göstərici ilə müqayisədə 4,54 faiz aşağı düşərək 18533,71 bəndində qərarlaşıb. Bu, 2017-ci ilin aprelindən bəri həmin indeksin ən aşağı göstəricisidir.

Birjanın birinci elit seksiyasındakı bütün şirkətlərin səhmlərinin məzənnəsini özündə əks etdirən “TOPIX” indeksi də 4,31 faiz itirərək 1325,27 bəndində dayanıb.

Hərracların bəzi məqamlarında “Nikkei” indeksinin 1000 bəndə qədər itirdiyi bildirilir.

Hibya Xəbər Agentliyi