news-details

Fransada bələdiyyə seçkilərinin birinci turu başa çatıb.

Hibya xəbər verir ki, 47 milyon seçicidən 45,5 faizi səsvermədə iştirak edib.

Ipsos/Sopra Steria sosial sorğu şirkətinin hesablamalarına görə 54,5 faiz seçici koronovirusa yoluxmaq təhlükəsinə görə seçkilərdə iştirak etməyib. Seçkilərdən əvvəl sosial şəbəkələr vasitəsilə seçki məntəqələrinə getməməklə bağlı çağırışlar edilib.

Ölkədə koronavirus epidemiyası sürətlə yayıldığına görə seçkilərin 1-ci turundan sonra siyasi partiyaların rəhbərləri 2-ci turunun təxirə salınması çağırışı ilə çıxış ediblər.

Xatırladaq ki, Fransa koronovirus epidemiyasının 3-cü mərhələsindədir. Bu gün ölkədə koronavirusa yoluxanların sayının 5400-dən, ölənlərin sayının isə 120-dən çox olduğu qeyd edilib.

Hibya Xəbər Agentliyi